Qərbi Azərbaycan İcması Dünya Miyatoviçin Azərbaycanla bağlı hesabatını pisləyib

Qərbi Azərbaycan İcması Dünya Miyatoviçin Azərbaycanla bağlı hesabatını pisləyib

Qərbi Azərbaycan İcması Dünya Miyatoviçin Azərbaycanla bağlı hesabatını pisləyib.

İcmadan APA-ya daxil olan bəyanatda deyilir:

“Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycana və Ermənistana səfərlə bağlı hazırladığı hesabata dair Avropa İttifaqının ifadə etdiyi ədalətsiz mövqeyi qınayırıq.

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi arxaik, nimdaş ifadələrdən istifadə edən, “Qarabağ ermənilərinin qayıdış hüququ”nu qabardan, lakin yenə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına toxunmayan Avropa İttifaqı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşmaq siyasətinə son qoymalıdır”.