İsveçrə aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib

İsveçrə aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib

"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapir reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult).

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Birxeber.Az-Economics"ə verilən məlumata görə, "Boeing 777" təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.