Mətin Eynullayev: Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 25% artıb

Mətin Eynullayev: Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 25% artıb

Ötən il 903 dövlət əmlakı özəlləşdirilib və bununla bağlı büdcəyə 116 mln. manat vəsait daxil olub.

APA-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev deyib. O bildirib ki, bu proqnozdan 5,4% çoxdur.

O həmçinin əlavə edib ki, 2023-cü ildə torpaq sahələrinin icarəyə verilməsindən büdcə daxilolmaları 19% artaraq 25,2 mln. manata, qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən büdcə daxilolmaları 62% artaraq 6,1 mln. manata çatıb. Ümumilikdə, dövlət əmlakının icarəsindən büdcə daxilolmaları proqnozdan 25,1% artaraq 31,3 mln manat təşkil edib.