“AzerGold” QSC layihələrinin icrasına indiyədək 550 mln. manat investisiya yatırıb

“AzerGold” QSC layihələrinin icrasına indiyədək 550 mln. manat investisiya yatırıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı gündən, 2016-cı ildən bu günədək mədən layihələrinin icrasına ümumilikdə 707 milyon manat investisiya yatırıb.

Birxeber.Az-Economics”in xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu məbləğin cəmi 6 faizi (45 milyon manat) dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib.

“İndiki mərhələdə dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir”, - Zakir İbrahimov qeyd edib.