Sumqayıtın yeni stadionunda ilk rəsmi oyun baş tutacaq

Sumqayıtın yeni stadionunda ilk rəsmi oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının 21-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.

Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

Xatırladaq ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.