Bərdədə nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Birxeber.Az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları Bərdə rayonu, Şirvanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Cəfərov Fəxri Musa oğluna məxsus “Fərid” şadlıq evində aparılan yoxlama aparıb. Yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mətbəx sahəsində döşəmədə çirkab suların axıdılması məqsədi ilə drenaj sistemin qurulmadığı, qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənmə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, işçi heyətin şəxsi gigiyenası məqsədi ilə əlyuma çanaqlarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

SAĞLAMLIQ SAĞLAMLIQ
İstehlaka yararsız 66 ton qida məhsulu məhv edilib

İstehlaka yararsız 66 ton qida məhsulu məhv edilib

SAĞLAMLIQ SAĞLAMLIQ
TDT ölkələrinin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək

TDT ölkələrinin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək

SAĞLAMLIQ SAĞLAMLIQ
Qida sahəsində fəaliyyət göstərən sahibkarlar “Bakı KOB Evi”nə müraciət edə bilərlər

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar “Bakı KOB Evi”nə müraciət edə bilərlər

SAĞLAMLIQ SAĞLAMLIQ
Alimlər: Uşaqlarda astma xəstəliyinin artması qaz sobaları ilə əlaqədardır

Alimlər: Uşaqlarda astma xəstəliyinin artması qaz sobaları ilə əlaqədardır

SAĞLAMLIQ SAĞLAMLIQ
Gəncədə alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb

Gəncədə alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib

SAĞLAMLIQ SAĞLAMLIQ
Səhiyyə Nazirliyi yayda uşaqların qidalanması ilə bağlı valideynlərə çağırış edib

Səhiyyə Nazirliyi yayda uşaqların qidalanması ilə bağlı valideynlərə çağırış edib

SAĞLAMLIQ SAĞLAMLIQ
AQTA: "Azərbaycan dilində etiketlənməsi olmayan qida məhsullarının satışı qadağandır"

AQTA: "Azərbaycan dilində etiketlənməsi olmayan qida məhsullarının satışı qadağandır"

SAĞLAMLIQ SAĞLAMLIQ
Mingəçevirdə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Mingəçevirdə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

SAĞLAMLIQ SAĞLAMLIQ
AQTİ-nin laboratoriyalarında aparılan nümunə müayinələrinin 5 094-də uyğunsuzluqlar aşkarlanıb

AQTİ-nin laboratoriyalarında aparılan nümunə müayinələrinin 5 094-də uyğunsuzluqlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST Şamaxıda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirib

ÜST Şamaxıda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirib

SAĞLAMLIQ SAĞLAMLIQ
TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edilib

TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edilib