Pakistan məhkəməsi İmran Xanı 10 il müddətinə azadlıqdan məhrum edib

Pakistan məhkəməsi İmran Xanı 10 il müddətinə azadlıqdan məhrum edib

Pakistanın keçmiş Baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dövlət sirrini yaymaqda ittiham olunublar.

APA xarici KİV-ə istinadən xəbər verir ki, onlar 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.