Mövlud Çavuşoğlu Türkiyədə Azərbaycan könüllüləri ilə görüşüb

Mövlud Çavuşoğlu Türkiyədə Azərbaycan könüllüləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb.

Bu barədə "Birxeber.Az"a Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Nazir Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı oluduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb. Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, artıq 2 həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Eyni zamanda Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər.

Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.

Region Region
Mövlud Çavuşoğlu Özbəkistan və Qazaxıstana səfər edəcək

Mövlud Çavuşoğlu Özbəkistan və Qazaxıstana səfər edəcək

Region Region
Rusiya ordusunun pilotları Ermənistanda təlim keçirib

Rusiya ordusunun pilotları Ermənistanda təlim keçirib

Region Region
Sobyanin: “Moskva səmasında PUA vurulub”

Sobyanin: “Moskva səmasında PUA vurulub”

Region Region
Türkiyə modernləşdirilmiş yeni tankını silahlı qüvvələrinə təhvil verəcək

Türkiyə modernləşdirilmiş yeni tankını silahlı qüvvələrinə təhvil verəcək

Region Region
Ermənistanda 2 nəfər donuz qripindən ölüb

Ermənistanda 2 nəfər donuz qripindən ölüb

Region Region
Türkiyə Prezidenti: “İsveç terrorçuları təhvil verməsə, bizi qınamasın”

Türkiyə Prezidenti: “İsveç terrorçuları təhvil verməsə, bizi qınamasın”

Region Region
Şoyqu: "Ukrayna Krımı HİMARS-la vurmağa hazırlaşır, bu, ABŞ və Britaniyanın münaqişəyə qoşulması deməkdir"

Şoyqu: "Ukrayna Krımı HİMARS-la vurmağa hazırlaşır, bu, ABŞ və Britaniyanın münaqişəyə qoşulması deməkdir"

Region Region
KİV: "Vaşinqton Zelenskini Rusiya ilə danışıqlardan ictimai imtinadan çəkinməyə çağırır"

KİV: "Vaşinqton Zelenskini Rusiya ilə danışıqlardan ictimai imtinadan çəkinməyə çağırır"

Region Region
Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var

Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var

Region Region
Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Region Region
Moldova XİN başçısı: “Ukraynadakı müharibə bizə birbaşa təsir edir"

Moldova XİN başçısı: “Ukraynadakı müharibə bizə birbaşa təsir edir"

Region Region
Rusiyalı baş redaktor Nobel mükafatını 103,5 milyon dollara satıb

Rusiyalı baş redaktor Nobel mükafatını 103,5 milyon dollara satıb