Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib

Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.


birxeber.az bildirir ki, nazir başsağlığı sözlərini tviter hesabında yazıb.

XİN başçısı bildirib ki, dost qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb: “Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.