Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.

“Birxeber.Az”un məlumatına görə, Azərbaycan millisinin də qatılacağı qitə birinciliyində 16 komanda mübarizə aparacaq.

İyunun 1-8-i aralığında təşkil olunacaq turnirdə millimizlə yanaşı, Türkiyə, İngiltərə, Polşa, İspaniya, İtaliya, İrlandiya, Fransa, Almaniya, Gürcüstan, Ukrayna, İsrail, Yunanıstan, Belçika, Niderland və Şotlandiya komandaları da qüvvələrini sınayacaqlar.

Martın 16-da Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Komandalar hərəsində 4 iştirakçı olmaqla 4 qrupda yer alacaqlar.

Qeyd edək ki, 2017 və 2021-ci illərdə keçirilən ilk iki Avropa çempionatının qalibi Türkiyə millisi olub.