Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb.

Bu barədə "Birxeber.Az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Laçında, Ordubadda 30 sm, Şəkidə 12 sm, Şahbuz, Lerik, Qrız, Gədəbəydə 8 sm, Sədərəkdə 7 sm, Altıağac, Naxçıvanda 5 sm, Şərurda 4 sm, Xaltanda 3 sm, Yardımlı, Qobustanda 2 sm olub.

Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Cəlilabad, Qobustanda 4 mm, Altıağac, Naxçıvan, Sabirabad, Neftçala, Yardımlı, Şahbuz, Şərur, Ordubad, Sədərək, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Şabran, Beyləqan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Şuşa, Laçın, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Şəki, Şamaxı, Quba, Zaqatala, Xaltan, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Tərtərdə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Həmçinin havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta qeydə alınıb.