Estoniyada Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Estoniyada Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Estoniyada Tallinn şəhər Filarmoniyasında Xocalı soyqırımının 31-cü ildönümü ilə əlqədar anım tədbiri keçirilib.

Bu barədə “Birxeber.Az”a Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan, Moldova və Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Moldova, Rumıniya və Macarıstan səfirliklərinin təmsilçiləri, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən bəyanatı diqqətə çatdırıb. Bəyanatda deputatlar Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın amansızcasına öldürüldüyünü qətiyyətlə pisləyib, bu kütləvi qətliamı törədən cinayətkarların tezliklə məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan ediblər.

Qeyd olunub ki, Litvalı hərbi jurnalist Ricardas Lapaitis Xocalı faciəsi ilə bağlı dəhşət doğuran xatirələrini bölüşüb.

Tədbir “Sonsuz dəhliz” filminin nümayişi ilə davam edib.

Sonda tədbir iştirakçıları Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyevin Xocalı soyqırımının dəhşətlərini əks etdirən əsərlərindən ibarət sərgisi ilə tanış olublar.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına təqdim olunub.

Xarici siyasət Xarici siyasət
Deputat: “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”

Deputat: “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Xorvatiyadakı səfirliyi Türkiyəyə yardım edib

Azərbaycanın Xorvatiyadakı səfirliyi Türkiyəyə yardım edib

Xarici siyasət Xarici siyasət
Rusiya və Azərbaycan xarici işlər nazirləri sabah Moskvada görüşəcəklər

Rusiya və Azərbaycan xarici işlər nazirləri sabah Moskvada görüşəcəklər

Xarici siyasət Xarici siyasət
Gənclərlə iş üzrə nazir: “Tatarıstan ilə Azərbaycan arasında çoxillik əməkdaşlıq bağları mövcuddur”

Gənclərlə iş üzrə nazir: “Tatarıstan ilə Azərbaycan arasında çoxillik əməkdaşlıq bağları mövcuddur”

Xarici siyasət Xarici siyasət
Sülh danışıqları ilə bağlı növbəti görüşün Avropada keçirilməsi nəzərdə tutulub

Sülh danışıqları ilə bağlı növbəti görüşün Avropada keçirilməsi nəzərdə tutulub

Xarici siyasət Xarici siyasət
Azərbaycanın yəhudi icmasının rəhbərləri Almaniya rəsmiləri ilə görüşüb

Azərbaycanın yəhudi icmasının rəhbərləri Almaniya rəsmiləri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Şəfiyev: “Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafı üçün böyük potensial var”

Şəfiyev: “Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafı üçün böyük potensial var”

Xarici siyasət Xarici siyasət
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası bu il Çində keçiriləcək

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası bu il Çində keçiriləcək

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Laçın yolu ilə bağlı manipulyasiyanı iranlı həmkarının diqqətinə çatdırıb

Ceyhun Bayramov Laçın yolu ilə bağlı manipulyasiyanı iranlı həmkarının diqqətinə çatdırıb

Xarici siyasət Xarici siyasət
Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Xarici siyasət Xarici siyasət
Türkiyə səfiri 20 Yanvar Günü ilə bağlı paylaşım edib

Türkiyə səfiri 20 Yanvar Günü ilə bağlı paylaşım edib

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü başlayıb

Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü başlayıb