Bakıda bir neçə dövrə vuran avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var

Bakıda bir neçə dövrə vuran avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“BMW” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib.

Yüksək sürətlə idarə edilən “BMW” bir neçə dövrə vuraraq yolayrıcı betona daha sonra işıq dirəyinə çırpılıb.

Avtomobil deformasiyaya uğrayıb, sürücü xəsarət alıb.

Yol təssərrüfatına ciddi ziyan dəyib.

Ziya Bünyadov prospektinin 20 Yanvar istiqamətində olan hissəsində tıxac yaranıb.

Avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.