Cəlilabadda maşın ağaca çırpılıb, xəsarət alanlar var

Cəlilabadda maşın ağaca çırpılıb, xəsarət alanlar var

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Birxeber.Az-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şabanlı kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.