Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Birxeber.Az" xəbər verir ki, milli üzvü finalda Fransisko Qarriqosa (İspaniya) uduzub.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.

Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə uduzaraq beşinci olub.