Beynəlxalq koalisiya üzvləri Ermənistanı Xocalı soyqırımını etiraf etməyə çağırıb

Beynəlxalq koalisiya üzvləri Ermənistanı Xocalı soyqırımını etiraf etməyə çağırıb

Bu gün Azərbaycanda səfərdə olan avropalı hüquq müdafiəçilərindən ibarət “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə “Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda dəyirmi masa keçirilib.

"Birxeber.Az" xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Koalisiyanın üzvləri dünən Xocalı-Ağdam yolundakı “Ölüm dəhlizi”nə təşkil olunan səfər barədə öz təəssüratlarını bölüşüblər.

Məşhur hüquq müdafiəçisi, “Srebrennisa Anaları” Assosiasiyasının sədri Munira Subaşiç bildirib ki, Xocalı ilə Srebrennisa faciələri mahiyyətcə eynidir:

“Bizim dünən, heç kimə aman verilməyən “Ölüm dəhlizi”ndəki faciədən sağ çıxanlarla söhbət etmək imkanımız oldu. Biz həmin “humanitar dəhlizdə” cəmi 3 günlük körpəsi ilə əsir götürülən ana ilə görüşdük, həyat yoldaşı gözü qarşısında güllələnən musiqiçini dinlədik, onlarla günahsız insanı xilas etməyə nail olmuş cəsarətli polislə danışdıq. Srebrennisada olduğu kimi Xocalıda da ədalət nəhayət öz yerini tapmalıdır”.

İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqo isə vurğulayıb ki, Xocalıda baş vermiş faciə beynəlxalq humanitar hüququn açıq pozulmasıdır. Belə ki, mülki şəxslərin canlarını qurtarmaq istəyərkən güllələnərək öldürüldüyü “Human Rayts Votç” (HRW) və Memorial kimi beynəlxalq qurumlar və başqa müstəqil mənbələr, o cümlədən, hadisənin şahidi olmuş tanınmış beynəlxalq media nümayəndələri tərəfindən faktlarla təsdiq edilib və sənədləşdirilib.

ATƏT-in Dözümsüzlük və Diskriminasiya ilə Mübarizə üzrə keçmiş xüsusi nümayəndəsi professor Bülent Şenay çıxışında deyib ki, Ermənistan münaqişədən sonrakı reallıqlar kontekstində sülhün əldə olunmasında maraqlıdırsa, Xocalı faciəsini tanımalıdır

Daha sonra Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin direktoru Giorgi Tatar çıxış edərək Beynəlxalq Koalisiyanın bölgədə dayanıqlı sülh üçün Azərbaycan və Ermənistan hökumətlərinə ünvanlanmış müraciəti səsləndirib:

Qeyd olunub ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxalq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək, cəzasızlıq və susqunluğa son vermək, Xocalı barədə ədalətə nail olmaq zamanıdır.

Sənəddə Ermənistan hökuməti Xocalı cinayətini tanımağa dəvət olunur, ölkənin keçmiş korrupsioner hökuməti tərəfindən törədilmiş bu cinayətin ağır yükündən cəsarət göstərib etiraf edərək azad olmaq, keçmiş münaqişənin bu dəhşət və vəhşilik simvolunun qurbanlarından üzr istəmək tələb olunur.

Giorgi Tatar Koalisiyanın Xocalı cinayətinin etiraf etdirilməsi mövzusunda, həmçinin dayanaqlı sülhə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan cəmiyyətləri arasında dialoq təşəbbüsünü başlatdığını da elan edib. Sənəddə hər iki ölkənin hökumətinə belə dialoq üçün münbit şəraitin yaradılması haqqında müraciət də öz əksini tapıb.

Ədalət uğrunda fəaliyyətləri üçün Koalisiya üzvlərinə təşəkkürünü bildirən Azərbaycan Respublikası Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov keçid ədalətinin müasir dünyada sülhə xidmət edən vacib amil olduğunu qeyd edib:

“Bu konsepsiya ilk növbədə cinayətin etirafını vacib sayır. Təəssüflər olsun ki, Ermənistanda bu gün də Xocalı faciəsi tabu mövzudur. Bu barədə danışan insanlar susdurulur, bu isə etiraf əvəzinə cinayətin normal hesab olunmasına gətirib çıxarır. Bu baxımdan, Koalisiyanın Ermənistan cəmiyyətində bu mövzu üzrə diskussiyaların başlanmasını hədəfləyən işi vacibdir.

Bu gün sizin bu təşəbbüsü başlaya bilmənizi, Qarabağda ilk xarici heyət olaraq Xocalı qurbanları üçün anım tədbirləri keçirmənizi Azərbaycanın müharibədə qələbəsi təmin edib. Əminəm ki, növbəti illərdə bu tədbirləri Xocalının özündə davamlı surətdə keçirə biləcəksiniz”.

Xarici siyasət Xarici siyasət
XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

Xarici siyasət Xarici siyasət
Ekspert: “Rusiya və Azərbaycan strateji tərəfdaşdır”

Ekspert: “Rusiya və Azərbaycan strateji tərəfdaşdır”

Xarici siyasət Xarici siyasət
İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib

İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib

Xarici siyasət Xarici siyasət
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunu pisləyən bəyannamənin qəbuluna mane olub

Ermənistan ATƏT-də Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunu pisləyən bəyannamənin qəbuluna mane olub

Xarici siyasət Xarici siyasət
Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Xarici siyasət Xarici siyasət
Zakir Həsənov: "2016-cı ildə Türkiyə ilə gücümüzü birləşdirib, bir neçə strateji yüksəkliyi ala bildik"

Zakir Həsənov: "2016-cı ildə Türkiyə ilə gücümüzü birləşdirib, bir neçə strateji yüksəkliyi ala bildik"

Xarici siyasət Xarici siyasət
Heydər Əliyev Ankarada Şuşa salonunda anılıb

Heydər Əliyev Ankarada Şuşa salonunda anılıb

Xarici siyasət Xarici siyasət
“İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” - RƏY

“İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” - RƏY

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev: "Dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərilir"

Prezident İlham Əliyev: "Dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərilir"

Xarici siyasət Xarici siyasət
Ərdoğan Kahramanmaraşda Azərbaycanın xilasediciləri ilə görüşüb

Ərdoğan Kahramanmaraşda Azərbaycanın xilasediciləri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycan İcması UNESCO ilə əməkdaşlığa hazırdır”

Əhliman Əmiraslanov: “Qərbi Azərbaycan İcması UNESCO ilə əməkdaşlığa hazırdır”

Xarici siyasət Xarici siyasət
XİN: "Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməlidir"

XİN: "Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməlidir"