Şahin Bağırov: "Gömrükçülər öz davranışları ilə də nümunəvi olmalıdırlar"

Şahin Bağırov: "Gömrükçülər öz davranışları ilə də nümunəvi olmalıdırlar"

Hər bir gömrükçü yalnız peşəkarlığı ilə yox, eyni zamanda öz davranışı ilə də nümunəvi olmalıdır.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrükçülərin peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

"Gömrük sahəsində mühüm nailiyyətlər əldə etmək üçün və ölkəmizin tərəqqisi naminə hər bir gömrük əməkdaşı öz üzərində çalışmalıdır. Gömrük sıralarında kifayət qədər gənc, bacarıqlı kadrlar var. Biz xalqımıza, dövlətimizə xidmət etməklə yanaşı, həm də nümunəvi vətəndaşların formalaşmasında rol oynayırıq", - deyə o vurğulayıb.