MN: "Azad edilmiş ərazilərdə 17 200 hektardan artıq ərazi minalardan təmizlənib"

MN: "Azad edilmiş ərazilərdə 17 200 hektardan artıq ərazi minalardan təmizlənib"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Bu barədə "Birxeber"a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir.

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq yeni təminat yolu çəkilib.

Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

HƏRBİ HƏRBİ
MN: "Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir"

MN: "Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir"

HƏRBİ HƏRBİ
Ermənistanın atəş nöqtələrinin məhv edilməsinin yeni görüntüləri yayılıb - VİDEO

Ermənistanın atəş nöqtələrinin məhv edilməsinin yeni görüntüləri yayılıb - VİDEO

HƏRBİ HƏRBİ
Türkiyə MN "Qardaş yumruğu" təlimindən görüntülər yayıb

Türkiyə MN "Qardaş yumruğu" təlimindən görüntülər yayıb

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

HƏRBİ HƏRBİ
Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə konkret tapşırıqlar verib

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə konkret tapşırıqlar verib

HƏRBİ HƏRBİ
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

HƏRBİ HƏRBİ
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

HƏRBİ HƏRBİ
Axta­rışda оlan 260 nəfər sərhəddə aşkarlanıb

Axta­rışda оlan 260 nəfər sərhəddə aşkarlanıb

HƏRBİ HƏRBİ
Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu dəyişdirilib, Türkiyə modelinə uyğunlaşdırılıb

Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu dəyişdirilib, Türkiyə modelinə uyğunlaşdırılıb

HƏRBİ HƏRBİ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB-2

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB-2

HƏRBİ HƏRBİ
Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilir

Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilir

HƏRBİ HƏRBİ
General: "DİN-in hərbçiləri Vətən müharibəsində şərəfli döyüş yolu keçib"

General: "DİN-in hərbçiləri Vətən müharibəsində şərəfli döyüş yolu keçib"