Ötən il 12 082 nəfərə I qrup əlillik təyinatı verilib

Ötən il 12 082 nəfərə I qrup əlillik təyinatı verilib

Ötən il 50 726 nəfərlik əlillik təyinatından I qrup əlillik təyinatı 12 082 nəfərə şamil edilib ki, bu da bütün təyinatların içərisində 24 % təşkil edib.

"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, əvvəlki dövrdə həmin göstərici 4 % olub: "Ötən il isə bu göstərəci 4 dəfə artaraq 24 %-ə çatıb. Bundan başqa ümumi 50 726 əlillik təyinatında hər iş gününə 230 nəfər düşüb. Ümumi göstəricidən 25 500 nəfərə təkrar əlillik təyinatı aparılıb. 25 200 nəfərə isə ilkin təyinat olub. İlkin təyinatlarda isə 27 % artım olub. 55 % təyinat isə müddətsiz olub".