Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq

Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq

Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Macarıstanda keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransının (CPAC) açılış mərasimində çıxışı zamanı deyib.

“Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və biz birlikdə Avropa İttifaqının (Aİ) möhkəmlənməsinə, dayanıqlı dəyərlərə əsaslanan Avropanın qurulmasına mühüm töhfə verə biləcəyik”, - o bildirib.

Onun sözlərinə görə, Aİ-yə daxil olmaq gürcü xalqının əsas xarici siyasət prioritetidir.

Qeyd edək ki, İ.Kobaxidze hökumət nümayəndə heyəti ilə birgə Macarıstanda səfərdədir.