Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 25 % artıb

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 25 % artıb

2023-cü ildə Azərbaycanda 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur.

Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 54 485-i fərdi yaşayış və bağ evi, 94 735-i mənzil, 316 596-sı torpaq sahəsi, 10 698-i qeyri-yaşayış obyekti, 747-si əmlak kompleksi, 90-ı isə çoxmərtəbəli yaşayış binasıdır.

"Ötən illərin göstəriciləri ilə müqayisədə 2023-cü ildə mülkiyyət hüquqlarının dövlət qeydiyyatında artım dinamikası müşahidə edilməklə ən yüksək göstərici qeydə alınıb", - deyə sədr əlavə edib.