"Araz-Naxçıvan"ın futbolçusu: "Qolları ayın ən yaxşısı olsun deyə vurmuram"

"Araz-Naxçıvan"ın futbolçusu: "Qolları ayın ən yaxşısı olsun deyə vurmuram"

"Qolları ayın ən yaxşısı olsun deyə vurmuram. Əsas topun qapıdan keçməsi niyyəti ilə zərbə endirirəm".

Bunu "Birxeber.Az"a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov ikinci dəfə Azərbaycan Premyer Liqasında ayın ən yaxşı qolunun müəllifi olması ilə bağlı danışarkən deyib.

25 yaşlı cinah müdafiəçisi qalib gəlməsinin sevindirici hal olduğunu bildirib: "Elə oldu ki, iki qolum daha baxımlı alındı. Məşqlərdə sırf bu yöndə işləməsək də, uzaqdan zərbələr vururuq. Bu, hər kollektivdə var".

Manafov komanda yoldaşı Mohammed Kadirinin də zərbələrinin çox yaxşı alındığını söyləyib: "Hamısı dəqiq olmasa da, "çərçivə"yə gedənlərin əksəriyyətini qapıçılar saxlaya bilmirlər. Onların qarşısında durmaq bəzən imkansızdır. Məncə, Kadirinin XIX turda "Qarabağ"a vurduğu qolu digərlərindən üstündür. Düzdür, bundan sonra iki tur da olacaq. Ən yaxşısı hansıdırsa, növbəti mükafat da həmin futbolçuya verilsin".