Dövlət Gömrük Komitəsinin yaradılmasından 32 il ötür - FOTO

Dövlət Gömrük Komitəsinin yaradılmasından 32 il ötür - FOTO

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasından 32 il ötür.

"APA-Economics" xəbər verir ki, gömrük əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi dövlət müstəqilliyinin bərpasından üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. Bu bayram ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə təsis olunub.