Zaxarova: Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar aktual olaraq qalır

Zaxarova: Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar aktual olaraq qalır

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktuallığını saxlayır.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, tərəflərdən heç biri 9 noyabr 2020-ci il tarixli bəyanatdan rəsmən imtina etməyib.

M.Zaxarova Azərbaycanın Qarabağ regionunda guya erməni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı sualı da cavablandırıb: “Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini obyektlərin dağıdılması ilə bağlı müntəzəm qarşılıqlı ittihamlarını nəzərə alaraq, tərəfləri bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. Biz də öz tərəfimizdən bu mövzu ilə bağlı istənilən yardımı göstərməyə hazırıq”.