FIFA referisi Azərbaycan I Liqasının oyununa təyinat alıb

FIFA referisi Azərbaycan I Liqasının oyununa təyinat alıb

FIFA referisi Elçin Məsiyev Azərbaycan I Liqasının oyununa təyinat alıb.

"Birxeber.Az" xəbər verir ki, 32 yaşlı hakim turun mərkəzi görüşü sayılan "Qaradağ Lökbatan" - MOİK matçını idarə edəcək.

Bu gün Lökbatan Olimpiya Kompleksinin stadionunda keçiriləcək matç saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Qaradağ təmsilçisi 48 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. "Hərbçilər" isə 41 xalla dördüncüdür.