Rusiyalı konkisürən 4 il müddətinə idmandan uzaqlaşdırılıb

Rusiyalı konkisürən 4 il müddətinə idmandan uzaqlaşdırılıb

Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva antidopinq qaydalarını pozduğuna görə 25 dekabr 2021-ci ildən etibarən göstərdiyi nəticələr ləğv ediləcək.

Apasport.az Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, komitə 2022-ci il Pekin Olimpiadasında fiqurlu konkisürmə üzrə komanda turnirinin medallarını yekun sıralamaya uyğun olaraq bölüşdürəcək.

İdman Arbitraj Məhkəməsi (CAS) Pekin Olimpiadasında komanda turnirinin qalibi olan Rusiya komandasında çıxış edən Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə idmandan uzaqlaşdırıb.

"BOK indi medalları Beynəlxalq Konkisürmə İttifaqı tərəfindən müəyyən ediləcək yekun sıralamaya uyğun olaraq təltif edəcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya komandası birinci yerdən məhrum olarsa, ilk üçlük belə olacaq: ABŞ, Yaponiya, Kanada.