Prezident İlham Əliyev Vahid Kirişçini qəbul edib

Prezident İlham Əliyev Vahid Kirişçini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Birxeber AZƏRTAC-a istinadla xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edildi.

Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olundu.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.

Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Birxeber
SİYASƏT SİYASƏT
Azərbaycan XİN Bursadakı terror aktını qınayıb - FOTO

Azərbaycan XİN Bursadakı terror aktını qınayıb - FOTO

SİYASƏT SİYASƏT
Rövşən Nəcəf Müstəqillik Günü ilə bağlı paylaşım edib - FOTO

Rövşən Nəcəf Müstəqillik Günü ilə bağlı paylaşım edib - FOTO

SİYASƏT SİYASƏT
Karen Donfrid: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında sülh üçün imkanlardan biridir”

Karen Donfrid: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında sülh üçün imkanlardan biridir”

SİYASƏT SİYASƏT
Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” - FOTO

Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” - FOTO

SİYASƏT SİYASƏT
Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir

Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir

SİYASƏT SİYASƏT
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO

SİYASƏT SİYASƏT
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin

İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin

SİYASƏT SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər

İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər

SİYASƏT SİYASƏT
İlham Əliyev Füzulidə Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub

İlham Əliyev Füzulidə Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub

SİYASƏT SİYASƏT
Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü

SİYASƏT SİYASƏT
Azərbaycan prezidenti italiyalı həmkarını da təbrik etdi

Azərbaycan prezidenti italiyalı həmkarını da təbrik etdi

SİYASƏT SİYASƏT
Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN