"IM LS6" Training-Test Drive Trekində!

"IM LS6" Training-Test Drive Trekində!

“IM Motorsun” yeni elektromobil “IM LS6”-nın və artıq tanınmış “IM LS7”nin sınaq yürüşləri baş tutub.

Aprelin 14-ü “IM Motors” brendinin Azərbaycanda rəsmi idxalçısı olan “ONVOLT MMC” dünyada ən sürətli elektrik SUV kupelərindən birinin - “IM LS6”nın müştəriləri üçün “Training Test-Drive” yolunda sınaq yürüşləri imkanı yaradıb.

Qeyd edək ki, “IM Motors”un, şassi idarə etməsinin quruluşunda Böyük Britaniyanın “Formula-1” komandası “Williams Racing” yaxından iştirak edib. Sözügedən avtomobil 787 at gücünə malikdir və 100 km/saat sürəti cəmi 3,4 saniyəyə yığmağa qadirdir.

Qonaqlar “IM Motors” brendinin iki avtomobilinin - lüks sedan “IM L7” və yeni “IM LS6”nın “drag racing”ini izləmək imkanı qazanıblar. 702 kilometr məsafəyə malik “MAX Extreme Performance” trimində “IM LS6” modeli 800V yüksək gərginlikli sürətli enerjidoldurma platforması ilə təchiz olunub. Bu yeni nəsil batareyası hesab olunur və sürətli şarj stansiyasında cəmi 15 dəqiqəyə 500 km yürüş məsafəni bərpa edə bilir.

.

Tədbirdə artıq Azərbaycanda çox sevilən, 100 km/saata 4,5 saniyəyə sürətlənən, 578 at gücünə malik böyük lüks SUV “IM LS7” avtomobili də sınaqdan keçirilib.

Dəvət olunan qonaqlar arasında “IM LS7” avtomobillərinin sahibləri, tanınmış simalar, media nümayəndələri, həmçinin bloqerlər və avtoresenziyaçılar, o cümlədən Orxan Aslanov, Fəxri Əsədov, Natiq Zərbəliyev, İlkin Mustafayev və “4 Çarx” avtomobil redaksiyası iştirak ediblər.

Avtomobillərə 4 il və ya 100 000 km, batareyaya isə 8 il və ya 200 000 km rəsmi zəmanət verilir.

Əlavə məlumat üçün +994 99 440 0007 nömrəsi ilə əlaqə saxlaya və ya Ceyhun Hacıbəyli 194 ünvanında yerləşən “Skywell” satış mərkəzimizə yaxınlaşa bilərsiniz.

.