ASCO-nun zavodlarında ötən il 103 gəmi təmir olunub

ASCO-nun zavodlarında ötən il 103 gəmi təmir olunub

2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 103 müxtəlif tipli gəmi təmir olunub.

"Birxeber.Az" bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, təmir olunan gəmilərdən 27-si “Zığ” GTTZ-nin, 76-sı “Bibiheybət” GTZ-nin payına düşüb.

Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 7-si əsaslı, 11-i tərsanə, 9-u cari təmir edilib.

“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 17-si əsaslı, 42-si tərsanə, 17-si cari təmir olunub.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO-nun zavodlarının əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.