Musa Qurbanlı İsveç klubundan ayrıla bilər: Yayda nələr olacağını birlikdə görəcəyik

Musa Qurbanlı İsveç klubundan ayrıla bilər: Yayda nələr olacağını birlikdə görəcəyik

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı mövsümün sonunda İsveçin “Yurqorden” klubundan ayrıla bilər.

"Birxeber.Az" xəbər verir ki, 21 yaşlı hücumçu bu barədə "Fotbollskanalen" nəşrinə açıqlamasında bildirib.

Forvard mövsümün sonunda komandasını dəyişə biləcəyini istisna etməyib: "Mövsümün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. İndi "transfer pəncərəsi" bağlıdır və heç nə edə bilmərik. Yayda nələr olacağını birlikdə görəcəyik. Hansı variantın yaxşı olacağına baxacağıq. Gəncəm və qarşımda uzun karyera var".

Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm İsveç çempionatında cəmi 1 oyunda şans qazanıb və 20 dəqiqə meydanda olub.