KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir

KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir

Şimali Koreya Çin vasitəsilə Rusiyaya silah-sursat daşıyır.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, rəsmi Pxenyanın bu addımını peyk vasitəsilə əldə olunan görüntülər də təsdiqləyir.

Hərbi xarakterli yükün Rusiyaya çatdırılmasında bu ölkəyə məxsus “Angara” gəmisindən istifadə olunur.

Bildirilir ki, bu məsələ dünya ictimaiyyətini, xüsusilə də Birləşmiş Ştatları ciddi şəkildə narahat edir. ABŞ Dövlət Departamenti bununla bağlı xüsusi bəyanat yayıb. Sənəddə tonlarla silah-sursat yüklənmiş “Angara” hərbi yük gəmisinin hazırda Çin limanlarında olduğu və yola düşmək üçün əmr gözlədiyi qeyd olunub.

Rəsmi Vaşinqton Rusiya tərəfinə hərbi və ya istənilən digər sahələrdə dəstək olan dövlətlərin BMT Təhlükəsizlik Şurasının 2397 nömrəli qətnaməsinə əməl etməyə çağırır.

Həmin sənəddə isə quruma üzv olan dövlətlərdən qeyri-qanuni fəaliyyətə cəlb olunan yük gəmilərini dəniz sərhədlərindən buraxmamaq tapşırılıb.