ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dondurması buna ən bariz nümunədir: “Görünür, İrəvan siyasi və təhlükəsizlik baxımından Moskvadan uzaqlaşmaq istəyir”.

Həmçinin bildirilib ki, rəsmi Moskva bu ritorikasına görə Ermənistanı açıq şəkildə hədələməyə başlayıb: “Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləməyə çalışır. S.Lavrov N.Paşinyanın səhv yolda olduğunu diqqətə çatdırıb”.

Xatırladaq ki, təşkilatın baş katibi İmanqali Tasmaqambetov aprelin 24-də "İzvestiya"ya müsahibəsində deyib ki, Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir.