Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Londonda Bukinqem sarayı yaxınlığında məşq edən süvari birliyindən beş atın qaçması nəticəsində dörd nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Britaniya ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, atlar hərbi təlim zamanı yaxınlıqdakı binanın tikintisindən gələn yüksək səslərdən qorxublar.

Sürətlə London küçələrində qaçan atlar xaosa səbəb olublar, onlar ikimərtəbəli avtobus və taksi də daxil olmaqla nəqliyyat vasitələri ilə toqquşublar.