Bakıda avtomobilin vurduğu kişi ağır xəsarət alıb

Bakıda avtomobilin vurduğu kişi ağır xəsarət alıb

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Birxeber.Az”un məlumatına görə, metronun “İnşaatçılar” stansiyası yaxınlığında avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Məmmədov Ramin Məzahir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.