Qazaxda inkubator sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Qazaxda inkubator sexində baş verən yanğın söndürülüb  - YENİLƏNİB - FOTO

Qazaxda inkubator sexində baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, inkubator sexinin 150 kv/m dam örtüyü yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***
23:27


Qazaxda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qazax şəhərinin Bakı küçəsində qeydə alınıb.

Sözügedən küçədə yerləşən inkubator sexində anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.