Bakıda özünü 11-ci mərtəbədən atan kişi xəstəxanaya yerləşdirilib

Bakıda özünü 11-ci mərtəbədən atan kişi xəstəxanaya yerləşdirilib

Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

APA xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.