Bakıda yanacaq doldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb

Bakıda yanacaq doldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb

Bakıda yanacaq doldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs tutulub.

birxeber.az bildirir ki,Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əsginas təqdim edən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.