Azərbaycan Gürcüstandan avtomobil idxalını 65% azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 65% azaldıb

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycana 48,457 milyon dollar dəyərində 2 601 ədəd avtomobil ixrac edib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, cari ilin birinci rübündə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 51,226 milyon dollar və ya 51,3%, sayı isə 4 747 ədəd və ya 64,6% azalıb.

Belə ki, 2023-cü ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycana 99,683 milyon dollar dəyərində 7 348 ədəd avtomobil ixrac edib.

Bu ilin ilk üç ayı ərzində Gürcüstanın avtomobil ixracının həcmi illik müqayisədə 31,3% azalaraq 486,5 milyon dollar təşkil edib. Ötən il isə bu göstərici 708 milyon dollar təşkil edib.