Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan 2024-cü ilin birinci rübündə Azərbaycandan 92,8 milyon dollar dəyərində 556 864,59 ton qaz idxal edib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən qazın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 109 095,13 ton və ya 16,4%, dəyəri isə 57,45 milyon dollar və ya 38,2% azalıb.
2023-cü ilin ilk rübündə isə Gürcüstan Azərbaycandan 150,32 milyon dollar dəyərində 665 959,72 ton qaz idxal edib.