Hərbi Prokurorluq: "Xocalı soyqırımı ilə bağlı hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir"

Hərbi Prokurorluq: "Xocalı soyqırımı ilə bağlı hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir"

"Xocalı soyqırımı ilə bağlı hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir".

"Birxeber.Az" xəbər verir ki, bu barədə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda keçirilən elmi-praktiki konfransda bildirilib.

Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Azərbaycanının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Məlumat verilib ki, cinayət işi üzrə ümumilikdə 81 minə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 28 min 500-dək şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, 30 mindən artıq şəxs isə şahid qismində dindirilib.

Həmçinin 18 mindən çox şəxs mülki iddiaçı qismində tanınıb, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən çox prosessual qərar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb olunan şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var.

Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

HADİSƏ HADİSƏ
Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb

HADİSƏ HADİSƏ
Baş Prokurorluq Bərdəyə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb

Baş Prokurorluq Bərdəyə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb

HADİSƏ HADİSƏ
Bakı-Xızı yolunda 35 yaşlı kişıni avtomobil vurub

Bakı-Xızı yolunda 35 yaşlı kişıni avtomobil vurub

HADİSƏ HADİSƏ
Yasamalda mənzildən meyit tapılıb

Yasamalda mənzildən meyit tapılıb

HADİSƏ HADİSƏ
Bakıda evdən 25 min dollar oğurlanıb

Bakıda evdən 25 min dollar oğurlanıb

HADİSƏ HADİSƏ
Nəcməddin Sadıkovun “sağ əli” həbs olundu

Nəcməddin Sadıkovun “sağ əli” həbs olundu

HADİSƏ HADİSƏ
Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

HADİSƏ HADİSƏ
Azərbaycanda İcra Hakimiyyəti binasında insident - Qadın həbs edildi

Azərbaycanda İcra Hakimiyyəti binasında insident - Qadın həbs edildi

HADİSƏ HADİSƏ
DYP hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib

DYP hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib

HADİSƏ HADİSƏ
Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

HADİSƏ HADİSƏ
Sabirabadda yol qəzasında iki nəfər xəsarət alıb

Sabirabadda yol qəzasında iki nəfər xəsarət alıb

HADİSƏ HADİSƏ
Bakıda narkotacirlər saxlanılıb

Bakıda narkotacirlər saxlanılıb