Magistraturaya sənəd qəbulu üzrə 20 minə yaxın bakalavrın ərizəsi təsdiq edilib

Magistraturaya sənəd qəbulu üzrə 20 minə yaxın bakalavrın ərizəsi təsdiq edilib

Magistraturaya sənəd qəbulu başa çatıb.

Birxeber.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata əsasən, magistraturaya sənəd qəbulu üzrə 19717 bakalavrın ərizəsi təsdiq edilib.

Onlardan 18201 nəfər Azərbaycan bölməsi üzrə, 1516 nəfər isə rus bölməsi üzrə sənəd verib.

Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.