Tbilisidə Azərbaycanın üç şəhərinin mədəniyyətinin inkişafı üzrə strategiyalar təqdim olunub

Tbilisidə Azərbaycanın üç şəhərinin mədəniyyətinin inkişafı üzrə strategiyalar təqdim olunub

Tbilisidə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “EU4Culture” layihəsi çərçivəsində ilk regional şəbəkələşmə konfransı keçirilir.

“Birxeber”un yerli bürosu xəbər verir ki, tədbirdə adıçəkilən layihənin qrant müsabiqəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan seçilmiş qeyri-paytaxt şəhərlərinin nümayəndələri iştirak edirlər.

Azərbaycanı ikigünlük regional konfransda 15 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir. Heyətə layihə üzrə seçilmiş Xırdalan, Şəki, Lənkəran şəhərlərinin icra hakimiyyəti, bələdiyyə və regional mədəniyyət idarələrinin nümayəndələri daxildir.

Layihənin Azərbaycan üzrə koordinatoru Firuzə Bağır “Birxeber”a açıqlamasında deyib ki, konfransın əsas məqsədi iştirakçı ölkələrin və seçilmiş şəhərlərin nümayəndələrini bir araya gətirərək onların şəbəkələşməsini təmin etməkdir: “Layihə çərçivəsində hər bir şəhər öz mədəni inkişaf strategiyasını hazırlayıb. Konfrans zamanı layihə iştirakçılarının bir-biri ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaq imkanı olacaq”.

Koordinator qeyd edib ki, Azərbaycanın üç şəhərinin hər birinə 30 min avro məbləğində qrant ayrılıb: “Bu ayın axırında müsabiqənin sonuncu mərhələsi başa çatacaq. Azərbaycan və “Şərq tərəfdaşlığı” proqramının digər ölkələrinin şəhərlərindən biri gələcəkdə 300 min avro qrant almaq imkanı əldə edəcək. Qalib şəhər 2024-cü ilin dekabrın sonuna qədər mədəni inkişaf strategiyasını həyata keçirəcək”.

Konfransda “EU4Culture” layihəsi üzrə seçilmiş şəhərlər haqqında video çarxlar və təqdimatlar nümayiş etdirilib. F.Bağır Xırdalan, Şəki, Lənkəranın mədəniyyətlərinin inkişafı üzrə strategiyalar haqqında konfrans iştirakçılarına ətraflı məlumat təqdim edib.

Regional tədbir sabah seminarlarla işini davam etdirəcək.

--- ---
"Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi" mövzusunda beynəlxalq konfrans keçirilib

"Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi" mövzusunda beynəlxalq konfrans keçirilib

--- ---
Nazir: "ABŞ Dövlət Departamenti azad edilmiş ərazilərdə bərpa işlərinə dəstək verir"

Nazir: "ABŞ Dövlət Departamenti azad edilmiş ərazilərdə bərpa işlərinə dəstək verir"

--- ---
Anar Kərimov: “BMT üzvü olan bir çox ölkələr Azərbaycana açıq dəstəklərini ifadə etdilər”

Anar Kərimov: “BMT üzvü olan bir çox ölkələr Azərbaycana açıq dəstəklərini ifadə etdilər”

--- ---
Musiqi müəllimlərinin işə qəbul qaydaları təsdiqlənib

Musiqi müəllimlərinin işə qəbul qaydaları təsdiqlənib

--- ---
Gürcü müğənni: "Şuşaya həyatın qayıtdığını görmək çox sevindiricidir"

Gürcü müğənni: "Şuşaya həyatın qayıtdığını görmək çox sevindiricidir"

--- ---
Fikrət Əmirovun "Min bir gecə" baleti Bolqarıstanda səhnələşdirilib

Fikrət Əmirovun "Min bir gecə" baleti Bolqarıstanda səhnələşdirilib

--- ---
Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb

Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb

--- ---
Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

--- ---
Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək

Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək

--- ---
Musiqi məktəblərinə işə qəbul qaydalarının kimlərə şamil olunmayacağı açıqlanıb

Musiqi məktəblərinə işə qəbul qaydalarının kimlərə şamil olunmayacağı açıqlanıb

--- ---
Musiqili Teatra yeni baş baletmeyster təyin olunub

Musiqili Teatra yeni baş baletmeyster təyin olunub

--- ---
Musiqi məktəblərində müəllimlərin iş yerinin dəyișdirilməsi qaydası açıqlanıb

Musiqi məktəblərində müəllimlərin iş yerinin dəyișdirilməsi qaydası açıqlanıb