Bakıda avtobus vuran 76 yaşlı qadın ölüb

Bakıda avtobus vuran 76 yaşlı qadın ölüb

Bakının NZS Qəsəbəsi, Babək prospektində avtomobilin vurduğu 76 yaşlı qadın ölüb.

“Report” xəbər verir ki, 25.01.2024-cü il tarixdə, saat 22 radələrində İsgəndərov Famil İsmayıl oğlu BMC markalı avtobusla NZS qəsəbəsində Babək prospekti istiqamətində hərəkətdə olarkən "Ulduz" marketin qarşısında avtobusun qabaq tərəfi ilə yolu keçməkdə olan piyada 1948-ci il təvəllüdlü Rzayeva İrina Georgiyevnanı ehtiyatsızlıqdan vuraraq xəsarət yetirib.

O, aldığı xəsarətlərdən 29.01.2024-cü il tarixdə vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.