Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir

Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir

Ankarada Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası öz işinə başlayıb.

"Birxeber.Az"un Ankara bürosunun verdiyi xəbərə görə, iclasda Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir.

Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanı Kosmik Agentliyi (“Azərkosmos”) təmsil edir.

Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, iclas iştirakçıları kosmik sahədə əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, TDT ölkələrinin kosmik sahədə əməkdaşlığı məsələlərinə həsr olunmuş birinci iclas 2021-ci il dekabrın 20-də Bakıda keçirilib. Növbəti tədbir 2023-cü ildə Daşkənddə baş tutub. Bu iclasda kosmik sahədə qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri müəyyən edilib və razılaşdırılıb.

Qeyd edək ki, iclasın sonunda 2025-ci il üçün Türk dövlətləri kosmik agentliklərinin dördüncü iclasına ev sahibliyi Azərbaycana veriləcək.