“Napoli” klubu 12 illik antirekordu təkrarlayıb

“Napoli” klubu 12 illik antirekordu təkrarlayıb

İtaliyanın “Napoli” klubu 12 illik antirekordu təkrarlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu, A Seriyasının XXII turunda “Latsio” ilə səfər görüşündə baş verib.

Romadakı matçda iki komanda qapı istiqamətində ümumilikdə 15 zərbə vurub ki, bunun yalnız birində top "çərçivə"yə ünvanlanıb. Neapollular 2012-ci ildən bəri ilk dəfə ölkə çempionatında bir görüş ərzində qapıya dəqiq zərbə vura bilməyiblər.

Qeyd edək ki, “Napoli” hazırda 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.