“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri həmin hadisənin növbəti ildönümü ilə bağlı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Birxeber.Az xəbər verir ki, İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini də hörmətlə anıb, məzarları üzərinə güllər düzüblər.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib ki, aprelin 26-da 1986-cı ildə baş vermiş Çernobıl faciəsinin ildönümüdür:

"Biz hər il I Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək tədbir keçiririk. Eyni zamanda, bir araya gələrək problemlərimizi müzakirə edirik. Bu gün burada bizim üzvlərimiz və onların ailə üzvləri iştirak edirlər. Hər kəs bura gələrək öz vətəndaş mövqeyini ortaya qoyur".