Mbappe Afrika Kubokunda oynaya biləcək ən bahalı futbolçuların lideridir

Mbappe Afrika Kubokunda oynaya biləcək ən bahalı futbolçuların lideridir

Fransaız hücumçu Kilian Mbappe Afrika Kubokunda oynaya biləcək ən bahalı futbolçuların siyahısına başçılıq edir.

Bu barədə “Report” “Transfermarkt” internet portalına istinadən xəbər verir.

Afrika Kubokunda oynaya biləcək ən bahalı 10 futbolçu bunlardır:

1. Kilian Mbappe (180 milyon avro, Kamerun millisində oynaya bilər);

2. Bukayo Saka (120 milyon avro, Nigeriya millisində oynaya bilər);

3-5. Eduardo Kamavinqa (90 milyon avro, Konqo millisində oynaya bilər);

3-5. Orelyen Tçuameni (90 milyon avro, Kamerun millisində oynaya bilər);

3-5. Rafael Leau (90 milyon avro, Anqola millisində oynaya bilər);

6-7. Vilyam Saliba (75 milyon avro, Kamerun millisində oynaya bilər);

6-7. Kristofer Nkunku (75 milyon avro, Konqo DR milli komandasında oynaya bilər);

8-10. Alfonso Davies (70 milyon avro, Liberiya millisində oynaya bilər);

8-10. Aleksander İsak (70 milyon avro, Eritreya millisində oynaya bilər);

8-10. Randal Kolo Muani (70 milyon avro, Konqo DR millisində oynaya bilər).