Panamada 5,5 bal gücündə zəlzələ olub

Panamada 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda Panama sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Burika şəhərindən 76 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.