Baş katib: "Ermənistanın KTMT-dən çıxmaq qərarı ölkənin suveren seçimi olacaq"

Baş katib: "Ermənistanın KTMT-dən çıxmaq qərarı ölkənin suveren seçimi olacaq"

Ermənistan hökümətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək.

APA xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

“Qeyd etmək vacibdir ki, üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır. Müvafiq olaraq, İrəvanın KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi bu müstəqil dövlətin suveren qərarı olacaq”, deyə Tasmaqambetov qeyd edib.