KİV: Şimali Koreya bir neçə qanadlı raket buraxıb

KİV: Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket buraxıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər yerli vaxtla saat 07:00 (Bakı vaxtı ilə 02:00) radələrində buraxılıb. Raketlərin sayı dəqiqləşdirilməyib.

Agentliyin məlumatına görə, bu, bir həftə ərzində üçüncü buraxılışdır.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.

Daha əvvəl Şimali Koreya sualtı qayıqdan “Pulhvasal-3-31” qanadlı raketlərini sınaqdan keçirmişdi.